Anews.az məlumat verir ki, 71 dövrəlik mübarizənin yekununda qalib adını "Mercedes" pilotu Lüis Hemilton qazanıb. Britaniyalı sürücü yürüşə 10-cu mövqedən başlasa da, tezliklə 2-ci, finişə doğru isə "Red Bull" pilotu Maks Ferstappeni keçərək, 1-ci yerə çıxıb. "3-lüy"ü onun komanda yoldaşı Valtteri Bottas qapayıb.
Finişin ardından Hemilton boksa gələrkən Braziliya bayrağını götürməkdən ötrü təhlükəsizlik kəmərini boşaldıb. Bu isə Beynəlxalq Avtomobil Federasiyasının əsasnaməsinin pozulması anlamına gəldiyindən, ona 5 000 avro cərimə kəsilib. Mövsümün sonunadək qaydalara zidd yeni hərəkətlərə yol verəcəyi təqdirdə, 7 qat dünya çempionu daha 20 000 avro cərimələnəcək.
Beləliklə, San-Paulu Qran-prisindən sonra xallarını 318,5-ə çatdıran Hemilton lider Ferstappenlə fərqi 14 xala endirib. Bottas isə 203 xalla 3-cüdür.
Konstruktorlar Kubokunda isə 521,5 xala malik "Mercedes" 1-ci, 510,5 xalı olan "Red Bull" 2-ci, 287,5 xal yığan "Ferrari" 3-cüdür.
Növbəti Qran-pri 19 - 21 noyabrda Qətərdə keçiriləcək.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !