"Barselona" klubu "Liverpul"un hücumçusu Luis Suaresin keçidini rəsmiləşdirib.
Qol.Az-n klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, uruqvaylı futbolçu Kataloniya təmsilçisi ilə 5 illik müqavilə imzalayıb.
Bu transferin "Barselona"ya 50-80 milyon avroya başa gəldiyi bildirilir.
Qeyd edək ki, 2011-ci ildə "Ayaks"dan "Liverpul"a transfer olunan 27 yaşlı futbolçu keçirdiyi 110 oyunda 69 qola imza atıb.
Xatırladaq ki, Uruqvay millisinin futbolçusu Suares DÇ-2014-də İtaliya ilə matçda rəqibin müdafiəçisi Corcio Kyellinin çiynini dişlədiyi üçün FİFA tərəfindən dörd ay müddətinə futboldan uzaqlaşdırılıb. Bu səbəbdən L.Suares "Barselona"nın heyətində 4 ay meydana çıxa bilməyəcək.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !