Belarus Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığa hazırdır.
Bu barədə çərşənbə axşamı Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubovla görüşündə bildirib, Oxu.Az BELTA-ya istinadən xəbər verir.
"Biz sizə, ölkənizə, rəhbərliyinizə çox etibar edirik və sizinlə bütün istiqamətlərdə əməkdaşlığa hazırıq, heç bir bağlı mövzu yoxdur”, - deyə, Belarus dövlətinin başçısı vurğulayıb.
Aleksandr Lukaşenko Belarus və Azərbaycanın yaranmış problemləri daim uğurla həll etmələrinə diqqəti çəkib.
"Bu gün biz görüşdük ki, hansısa məsələlər varsa, onları operativ həll edək, nəzərdən keçirək. Xüsusilə də nəzərə almaq lazımdır ki, bütün çətinliklərə baxmayaraq, ötən il bizim Azərbaycan ilə mal dövriyyəmiz artıb. Azərbaycanla ticarət bizə çox faydalıdır”, - deyə, belarus lideri bildirib.
"Və əgər ayrı-ayrı dövlətlər üzrə ora getmək yaxud getməmək barədə mülahizə yürüdürüksə, Azərbaycanla belə problem yoxdur – biz orada öz istehsalımızı yaratmaq, burada sizin investisiyaları qəbul etməyə hazırıq, burada mütləq zəmanətlər mövcuddur”, - deyə, Belarus prezidenti vurğulayıb.
O xatırladıb ki, Azərbaycanda belarus traktorları, yük avtomobilləri, liftlər və digərlərinin buraxılışı üzrə birgə istehsalat fəaliyyət göstərir. Aleksandr Lukaşenko məmnunluqla qeyd edib ki, bəzi istiqamətlər üzrə lokallaşma artıq yarıya çatıb.
"40% artıq var və bu, çox yaxşı tempdir. Deməli, siz vəd etdiyimiz kimi, mənim İlham Əliyevə söz verdiyim kimi, texnologiyaları alır və ərazinizdə normal istehsal yaradılır”, - deyə, Belarus dövlətinin başçısı bildirib.
O vurğulayıb ki, növbəti addım birgə məhsulun üçüncü ölkələrə, Qafqaz regionuna çıxması olacaq.
Aleksandr Lukaşenko həmçinin göstərilən dəstəyə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib.
"Siz daim bizimlə əməkdaşlıq etmiş, bizi dəstəkləmisiz və biz də eynilə bizim qardaşlarımız – azərbaycanlılara belə münasibət bəsləyəcəyik”, - deyə, Belarus prezidenti vurğulayıb.
Öz növbəsində Yaqub Eyyubov qeyd edib ki, Belarus dövləti başçının Azərbaycan xalqına münasibəti qiymətsizdir.
"Belarus hər kəsi cəlb edən ölkədir. Siz, bir rəhbər kimi həqiqəti göstərdiniz, göstərdiniz ki, xalqın içindən çıxmış bir adamsınız, xalqsız yaşaya bilməzsiniz və bütün həyatınızı xalqınıza həsr etmişiniz, - deyə, o, bildirib. – Və əgər sizin digər təbii sərvətləriniz də olsa idi, düşünürəm ki, Belarus dünyada birinci ölkə olardı, çünki əsas sahib olduqların deyil, əlində olanlardan lazımı nəticələri əldə etməkdir”.
Yaqub Eyyyubov Azərbaycan Prezidenti İlham Əliyevin salamını Belarus rəhbərinə çatdırıb və göstərilən dəstəyə və iqtisadi, ticarət, siyasi, qardaşlıq, dostluq, qonşuluq münasibətlərinə görə öz minnətdarlığını bildirib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !