Lukaşenko: “Belarus “rus dünyası”nın bir hissəsi deyil, bunu unudun”

16:38 | 29.01.2015
Lukaşenko: “Belarus “rus dünyası”nın bir hissəsi deyil, bunu unudun”

Lukaşenko: “Belarus “rus dünyası”nın bir hissəsi deyil, bunu unudun”


"Bəzi ağzıgöyçəklər var ki, Belarusun, onların sözləri ilə desək, "rus dünyası”nın, hətta az qala Rusiyanın bir hissəsi olduğunu bildirirlər.

Bun unudun. Belarus suveren və müstəqil dövlətdir. Biz belə bir ölkənin tarixdə olmadığını düşünən hər kəsi öz müstəqilliyimiz və suverenliyimizə hörmət göstərməyə məcbur edəcəyik. Əvvəl olmayıb, lakin indi var və bununla hesablaşmaq lazımdır”.
 
APA-nın "İnterfaks”a istinadən verdiyi məlumata görə, bu sözləri Belarus prezidenti Aleksandr Lukaşenko Minskdə keçirdiyi mətbuat konfransında deyib.  
 
A. Lukaşenko Rusiya torpaqlarına iddia etmədiklərini bildirib: "Mən Smolensk, Bryansk, Pskov torpaqları haqda danışanda bunu cavab kimi söyləmişdim. Bu, ritorik zarafat idi. Bizə başqasının torpaqları lazım deyil. Vacib olan öz torpaqlarımızı heç kimə verməmək və onu uşaqlarımıza, nəvələrimizə ötürməkdir”.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM