Lukaşenko: "Belarus uğrunda Rusiya və Qərb arasında mübarizə gedir"

16:03 | 24.02.2015
Lukaşenko:

Lukaşenko: "Belarus uğrunda Rusiya və Qərb arasında mübarizə gedir"

Bu gün Belarus uğrunda Rusiya və Qərb arasında mübarizə gedir. Bu isə Avropa İttifaqının və Rusiyanın maraqlarına ziddir

Oxu.Az xəbər verir ki, bu barədə Redford Universitetinin professoru Qriqori İoffeyə müsahibə zamanı Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.

Müsahibə İoffenin "Lukaşenkonu yenidən qiymətləndirərkən” adlı kitabının bir hissəsidir.

Müsahibənin ingilis dilindən tərcüməsini "Azadlıq” radiosunun Belarus xidməti dərc edib.

"Mən anlayıram ki, bu gün Belarus üçün mübarizə gedir. Ya Rusiya zəbt edəcək, ya da Qərb özünə ram edəcək, yenə də koloniya olacaq. Şərqi Avropanı götürək, onlar Avropa İttifaqındadırlar. Nə olsun! Almaniya, Fransa, qismən də Böyük Britaniya, bir azca da İtaliya – onlar bütün siyasəti müəyyən edirlər; qalanları isə sakit otururlar. Orada hələ vəziyyət dözüləndir. Rusiya nə deyir? Siz axı, eşitmisiz.

Özəlləşdir, ver, Rusiyanın tərkibinə daxil ol! Ona görə də mənim üçün ən əsas ölkəni müdafiə etmək və dayanmaqdır” - deyə, o bildirib.

Lukaşenkonun sözlərinə görə, bu isə Avropa İttifaqının və Rusiyanın maraqlarına ziddir:

"Mən də onların arasında vurnuxuram. Belarusa müdaxilə və onun zəbt edilməsi üçün siyasəti təmin etmək üçün isə bunu necə istəyirsiz adlandırın, onlar informasiya təminatına başlayırlar. Sadəcə Belarus, ilk öncə isə mənə qarşı informasiya müharibəsinə başlayırlar.

Çünki burada kim daş kimi möhkəm dayanıb? Prezident. Siz axı anlayırsız, Lukaşenkonu sındır, bu zaman proses daha tez gedəcək, bəlkə hətta daha asan gedəcək. Onlar da vəziyyəti belə görür. Əsas problem bundadır, mənim diktator olmağımda və ya başqa bir şeydə deyil. Səudiyyə Ərəbistanında diktatorlar daha qəddardırlar, amma onlarla az qala qol-qola gəzirlər, çünki orada neft var.

Mənim dostum Nazarbayevi götürün. Orada nə var? Orada (Qazaxıstanda) neft, qaz var. O bunu boru ilə nəql edir, yeri gələndə çox ucuz qiymətə. Rusiyanı götürün. Orada vəziyyət Belarusdan yaxşıdır? 100 qat pisdir. Orada neft, qaz və nüvə silahı var. Bu da siyasət. Ona görə də çalışıram, düzdür birbaşa getmirəm, mən haradasa uyğunlaşmağa, razılaşmağa, kompromislərə getməyə çalışıram, onlar isə böyük olduqlarını gördükləri üçün öz maraqlarını irəli sürmək istəyirlər. Amma böyük olmaq güclü olmaq demək deyil”.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM