Lukaşenko: “Heç bir Kreml, heç bir Moskva bunu edə bilməz"

10:09 | 30.01.2015
Lukaşenko: “Heç bir Kreml, heç bir Moskva bunu edə bilməz

Lukaşenko: “Heç bir Kreml, heç bir Moskva bunu edə bilməz"

Belarus prezidenti Aleksandr Lukaşenko təqaüdə hazırlaşmır və öz prezidentlik fəaliyyətində qlobal səhvlər də görmür. Bu barədə o, Minskdə mətbuat konfransında bildirib.

Lukaşenkonun sözlərinə görə, yalnız əqli zəiflik, kütbeyinlik, xəstəlik prezident seçkilərində iştirak etməmək üçün əsas amillərdir. Belarus prezidenti vurğulayıb: "Məni əymək mümkün deyil. Heç bir Kreml, heç bir Moskva, heç bir Qərb-Şərq bunu edə bilməz. Məni asmaq, öldürmək, suda boğmaq mümkündür, amma əymək və mənim siyasi kursumu dəyişdirərək, başqasının siyasi havasına oynamağa məcbur etmək mümkün deyil”. O izah edib ki, prezident kürsüsünü yalnız seçkilərdə uduzduğu halda tərk edəcək.

"Amma mən özüm bundan imtina etməyəcəm və edə də bilmərəm”, - Respublika rəhbəri, eləcə də əgər ölkə batarsa onun qorxaqlıqda ittiham ediləcəyini bildirib. Öz 20 illik prezident işini qiymətləndirən Lukaşenko deyib: "Mənə elə gəlir ki, qlobal səhvlərə yol verməmişəm”.

Onun sözlərinə görə, yeganə məcburi qərar nüvə silahının çıxarılması olub: "Amma bu, mənim qərarım deyildi. Mən qəbul edilmiş qərarı yerinə yetirməli idim, mən bunu məni tənqid edəndə açıq və səmimi etiraf etdim: əgər mənim ixtiyarım olsa idi, mən bunu heç bir zaman etməzdim. Dünyada nə baş verdiyini görürsünüz, kim güclüdürsə, o da haqlıdır”. //oxu.az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM