Lukaşenko Qərbi seçir

17:59 | 17.04.2015
Lukaşenko Qərbi seçir

Lukaşenko Qərbi seçir

Belarus Qərblə bir sıra istiqamətlər üzrə daha sıx əməkdaşlıq etməkdə olduqca maraqlıdır. 

Oxu.Az Belta-ya istinadla xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Yohannes Hanla görüşdə bəyan edib. 

Dövlət başçısı deyib ki, Belarus və Aİ son zamanlar intensiv dialoq aparır, yeni istiqamətlər və qarşılıqlı maraqlar yaranıb. 

Lukaşenko əlavə edib ki, Belarus Aİ ilə texnologiya sahəsində əməkdaşlıq və iqtisadi əlaqələrin inkişafında maraqlıdır. Onun fikrincə, iqtisadiyyat istənilən əməkdaşlıq və münasibətlərin fundamenti olmalıdır.  

"Əməkdaşlığın bir çox istiqamətlər var”, - Lukaşenko deyib. 

O, Aİ-yə Belarusla əməkdaşlıq perspektivlərini nəzrdən keçirməyi təklif edib. 

"Bu məsələ gələcəkdə Avropa Birliyi ilə münasibətlərlə bağlı siyasətimizi qaydaya salmaq, bəlkə də qurmaq üçün məni daha çox maraqlandırır”, - Lukaşenko vurğulayıb.  

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti