Lukaşenko özünü diktator adlandırdı - Video

22:03 | 28.01.2022
Lukaşenko özünü diktator adlandırdı - Video

Lukaşenko özünü diktator adlandırdı - Video

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədə demokratiya ilə bağlı sualı cavablandırarkən zarafatla özünü diktator hesab etdiyini bildirib.

"Qafqazinfo” Belarus mediasına istinadən xəbər verir ki, o, belə bir bəyanatla xalqa müraciəti zamanı çıxış edib. 

"Mən diktatoram, demokratiyanı başa düşmək mənim üçün çətindir”, - deyə Lukaşenko bildirib. 

O qeyd edib ki, demokratiyanın ümumi qəbul edilmiş standartları mövcud deyil və o, ABŞ-ın bu məsələyə baxışını bölüşmür:

"Demokratiya xalqın hakimiyyətidir. Referendum demokratiyanın bir elementidir. Bunlar insanların hüquqlarıdır. Amma hüquqlar - və dərhal vəzifələr ... Və qanun çərçivəsində real azadlıq. Demokratiya həyatdan, xalqdan gəlməlidir”.
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti