"Bundan pis olmayacaq”.
Belarus prezidenti Aleksandr Lukaşenko vətəndaşları asayişi və təhlükəsizliyi qoruyaraq öz ölkəsini sevməyə çağırıb.
Bununla yanaşı o, "bundan pis olmayacağını” vəd edib, "BelTa” yazır.
Bu barədə prezident cümə günü, Jlobinada yerləşən Belarus metallurgiya zavodunun işçiləri ilə görüşdə bəyan edib.
"İnsan öz vətənini sevməlidir və əmin olmalıdır ki, bu, onun isti və rahat evidir. Bu, prezident qayğısıdır. Pis-yaxşı bunu təmin edirik. Bundan pis olmayacaq. Mən sizə zəmanət verirəm”, - Lukaşenko bəyan edib.
Onun sözlərinə görə, dövlətdə baş verən bütün sosial və siyasi kataklizmlərin əksəriyyəti daxili səbəblər üzündən olur.
Nümunə olaraq o, oğurluq və rüşvətxorluğun ən ağır nəticələrə gətirib çıxardığı Ukraynanı göstərib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !