Ölümü ilə dünyanı sarsıdan balaca Aylanın yeni FOTOsu

16:28 | 03.09.2015
Ölümü ilə dünyanı sarsıdan balaca Aylanın yeni FOTOsu

Ölümü ilə dünyanı sarsıdan balaca Aylanın yeni FOTOsu

Dünən Bodrumda 12 nəfərin ölümü ilə nəticələnən faciə zamanı həlak olan balaca Aylanın fotoları sosial şəbəkədə yayımlanmağa başalyıb.

ANN.Az xəbər verir ki, ailədə 2 qardaş olan Aylanın ata-anası Suriyadakı vətənaş müharibəsindən və İŞİD-in hücumlarından qurtulmaq üçün yaşadıqları Kobani şəhərindən qaçaraq Avropaya sığınmaq istəyiblər.

Lakin qaçqınları daşıyan balaca qayığın devrilməsi nəticəsində 12 nəfər həlak olub. Həlak olanlardan 2-si azyaşlı uşaqdır - 3 yaşlı Aylan və 5 yaşlı qardaşı Qalib. Onlarla bərabər anaları Rehan da həlak olub.

Balaca Aylanın cansız bədəni dünən axşam saatlarında Bodrum sahillərində tapılıb. Bir qədər aralıda isə qardaşının cəsədi üzə çıxıb.

Baş vermiş hadisə təkcə Türkiə mediasında deyi, dünya mətbuatının manşet xəbərinə çevrilib və balaca uşağın dənizdə batması və faciəni əks etdirən foto bütün sosial şəbəkələrdə yayımlanıb.

Ailə haqqında yayılan ilkin xəbərlərə görə, onlar Kanadada yaşayan qohumlarının yanına getmək istəyib. Kobanidən qaçaraq Türkiyəyə sığınan ailə Bodrumdan keçərək Yunanıstanın Kos adasına çıxmaq niyyətində imişlər. 

Ailədən tək sağ qalan ata Abdullah olub. O, oğlanlarının və həyat yoldaşı Rehanın Kobanidə dəfn olunmasını istəyir.

Abdullahın Kanadada yaşayan bacısı da mediaya açıqlama verib. Onun sözlərinə görə, qardaşı ailəsinin Kanadada sığınacaq alması üçün iyun ayında hökumətə müraciət olunub, amma onlara rədd cavabı verilib.

 
 
 

 
 
 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti