Löv: “Braziliyada dünya çempionu olmaq qürurvericidir”

09:51 | 14.07.2014
Löv: “Braziliyada dünya çempionu olmaq qürurvericidir”

Löv: “Braziliyada dünya çempionu olmaq qürurvericidir”

Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv DÇ-2014-ün finalında Argentina üzərində qələbədən (1:0) sonra çempionluqlarını şərh edib.Qol.Az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, təcrübəli  mütəxəssis komandasının uğurlu çıxışını kollektiv oyun və formalaşmış heyətlə əlaqələndirib:“Biz 55 gün idi ki, futbolçularla bir yerdə çalışırdıq. Bu vaxt ərzində çox gərgin işləmişik. Ancaq  heyətmiz hələ 10 il bundan qabaq qurulduğu üçün üzərimizə böyük yük düşmədi. Yurgen Klinsmannın baş məşqçiliyi dövründə Filip Lam, Bastian Şvaynştayger, Miraslav Kloze, Lukas Padolski kimi futbolçular milliyə cəlb olunub. Uzun müddətdir ki, həmin futbolçularla uğura doğru addımlayırıq. Nəhayət bu gün istəyimizə nail olduq.  Bu futbolçulara təşəkkür edirəm ki, onların sayəsində Cənubi Amerikada keçirilən mundiallarda çempion olan ilk Avropa komandası olduq. Təbii ki,   Braziliyada, “Marakana”da çempion olmaq qürurvericidir”.Xatırladaq ki, Almaniya millisi dördüncü dəfə dünya çempionu adını qazandı.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM