Lyubik Çibuxçyan: “Putin, bizim liliputa bir az ağıl ver”

15:50 | 28.12.2013
Lyubik Çibuxçyan: “Putin, bizim liliputa bir az ağıl ver”

Lyubik Çibuxçyan: “Putin, bizim liliputa bir az ağıl ver”

Ermənistanın Tavuş vilayəti valisinin müşaviri, publisist-şair Lyubik Çibuxçyan özünün  “Elnarə” adlanan 157-ci kitabını çap etdirmişdir. 

Azərbaycanlı müğənni Elnarə Abdullayevaya həsr olunmuş  bu  kitabda  Elnarənin möcüzəli,  ecazkar  səsindən, istedadlı  müğənni  olmasından  bəhs  olunur. Lakin,vaxtı ilə  Əkrəm Əylisliyə  tərif  yağdıran,  onun  yazdıqlarını  azərbaycanlılara  qarşı  bir  silah  kimi  istifadə  edən  erməni  ziyalıları,  Ermənistan Yazıçılar  Birlıyınin  təşkilatçılığı  ilə  bu Birliyin  fəal  üzvü  olan  L. Çibuxçyana qarşı  hərəkətə  keçdilər. Qısa  müddət  ərzində  Ermənistanda  geniş  səs-küyə  səbəb  olmuş  “Elnarə”  kitabını siyasiləşdirməyə  çalışan  ziyalılar  və  erməni  mətbuatı  isə  daha  çox  milli  təhlükəsizlik  və  polis  orqanlarını  nəzarətsizlikdə  ittiham  edirlər.     

Ermənistan  Yazıçılar  Birliyinin  üzvü  Samvel  Beqlaryan  mətbuata  müsahibəsində  Milli  Məclisin  sədrini  və  deputatları  bu  məsələyə  etinasız  yanaşmada  günahlandırmışdır.  O,  yazar  haqqında  demişdir:    

-“Mən Lyubiki  yaxşı  tanıyıram. 60  yaşında 157 kitabın  müəllifidir.  Ukrayna  və  Ermənistanda  ilin  adamı  seçilib.  Vladimir  Putin,  Serj  Sərkisyan,  I-ci  Pyotr haqqında  kitablar  yazıb. O,  S.  Sərkisyana  kitab  hədiyyə  edib, Putini  isə  erməni  xalqının  atası  adlandırıb.  Hətta  RF-nin prezidenti  V. Putinə  S. Sərkisyan  haqqında  müraciət  edir: “Putin  bizim  liliputa  bir  az  ağıl  ver. “ Ümumiyyətlə  o,  standartdan  kənar  adamdır. (sitatın  sonu)”     

 Gördüyünüz  kimi,  onlar vəziyyətdən  çıxış  yolu  kimi,  ermənilərin  hər  biri  kitabın  müəllifini  ağılsız  və  psixoloji  problemi  olan  insan  kimi  qələmə  verir,  onu  türklərə  satılmaqda  ittiham  edirlər. 

 “KarabakhİNFO.com” 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM