Maaşını ala bilməyən 4 azərbaycanlı futbolçuya fond pul verəcək

17:09 | 12.05.2021
Maaşını ala bilməyən 4 azərbaycanlı futbolçuya fond pul verəcək

Maaşını ala bilməyən 4 azərbaycanlı futbolçuya fond pul verəcək

FİFA klubundan maaşını ala bilməyən futbolçulara 5 milyon ABŞ dolları ayırıb.

Anews.az-ın məlumatına görə, maliyyə yardımı qurumun Futbolçular fonduna müraciəti qəbul olunan 1005 oyunçuya veriləcək.

Bu futbolçular dünyanın 36 ölkəsini təmsil edir. Onlar arasında Azərbaycanın 4 təmsilçisi var.

Bunlar 2015-ci ilin iyulundan 2020-ci ilin iyununa qədər olan 5 illik müddətdə zərərçəkən futbolçulardır. 109 klubu təmsil edən oyunçuların adları açıqlanmır.

Qeyd edək ki, FİFA fonda ümumilikdə 16 milyon dollar ayırıb

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM