Minimum əmək haqqı məbləğinin 250 manata çatdırılması ilə bağlı qərardan sonra sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin ödədiyi sosial sığorta haqqının hesablanmasına yenidən baxılması məqsədə uyğundur.
Anews.az xəbər verir ki, bunu iqtisadçı ekspert Vüqar Bayramov deyib. O, bildirib ki, sosial paketinin iqtisadi təsirlərini nəzərə alaraq sığorta haqqları ilə minimum əmək haqqı məbləği arasındakı əlaqənin aradan qaldırılmasına ehtiyac var.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !