Macarıstanın “WizzAir” şirkəti Bakı-Budapeşt marşrutu üzrə uçuşları bu il bərpa etməkdən imtina edib.
Bunu “APA-Economics”ə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) xidmət rəisi Məhərrəm Səfərli bildirib.
M. Səfərli əlavə edib ki, “WizzAir” bu qış mövsümü uçuşlarını yerinə yetirməyəcək.
“Lakin gələn ilin martın 27-dən oktyabrın əvvəlinə kimi həftədə 2 dəfə uçacaqlar”, - deyə M. Səfərli qeyd edib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !