Macar baş nazir Almaniyanı qınadı: "Heç kim bizdə qalmaq istəmir..."

17:17 | 07.09.2015
Macar baş nazir Almaniyanı qınadı:

Macar baş nazir Almaniyanı qınadı: "Heç kim bizdə qalmaq istəmir..."

Macarıstanın baş naziri Viktor Orban Orta Şərqdən Avropaya axın edən insan seli ilə bağlı Avstriyanın dövlət televiziyası ORF-ə açıqlama verib.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Orban "Berlin və Viyana açıq şəkildə "artıq başqa qaçqın qəbul etməyəcəyik" bəyan etməli və sərhədləri qapalamalıdr" - deyib.

Orban  Berlin və Viyana bu münasibətini ortaya qoymayınca, milyonlara qaçqın Avropaya gələcək. O, öz ölkəsinin qaçqınlara kifayət qədər baxmaq gücündə olduğunu, onlara nəzarət etmək üçün kifayət qədər polis gücünə malik olduğunu deyib: "Amma heç kim bizdə qalmaq istəmir, hər kəs Almaniyaya keçmək istəyir".
 
Baş nazir çıxışında onu da qeyd edib ki, qaçqınları Avropa Birliyi ölkələrinə qəbul etməkdənsə, Türkiyəyə, yaxud onların sığındığı və birlik üzvü olmayan dövlətlərə maddi yardım göstərmək daha çox məqsədəuyğundur. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti