Macarıstan: Avropa İttifaqının qaçqınlarla bağlı siyasəti iflasa uğrayıb

19:48 | 17.09.2015
Macarıstan: Avropa İttifaqının qaçqınlarla bağlı siyasəti iflasa uğrayıb

Macarıstan: Avropa İttifaqının qaçqınlarla bağlı siyasəti iflasa uğrayıb

Avropa İttifaqının qaçqınlarla bağlı siyasəti iflasa uğrayıb.
 
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib. O əlavə edib ki, ölkəsi bu problemin həlli üçün alternativ tədbirlər təklif edir. Nazir beynəlxalq ictimaiyyətin onların qaçqın və miqrantlara qarşı sərt siyasət yürütməsi barədə iddialarını rədd edib. Xüsusilə ittihamlar Serbiya tərəfdən Macarıstana keçmək istəyən miqrantlara qaşı polisin rəftarı ilə bağlı olub. P. Siyarto Budapeştin ünvanına olan ittihamları qəribə və qorxunc adlandırıb: "Polisə daş atan insanların yanında olanlar zorakılığı təbliğ edirlər”.
 
Qeyd edək ki, 15 sentyabrdan Macarıstan Serbiya ilə sərhədi bağlayıb. Ötən gündən etibarən isə 30 gün müddətində Reskedəki əsas buraxılış məntəqəsi qapadılıb. Bu səbəbdən sərhəddə yığılmış miqrantlar etiraz ediblər və sərhədi zorla keçməyə çalışıblar. Toqquşma zamanı 300 nəfər, o cümlədən 30 uşaq, Macarıstan hüquq-mühafizə orqanlarının 20 əməkdaşı və jurnalistlər xəsarət alıb. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM