Macarıstan Finlandiyanın NATO-ya üzvlüyünü ratifikasiya edib

22:00 | 27.03.2023
Macarıstan Finlandiyanın NATO-ya üzvlüyünü ratifikasiya edib

Macarıstan Finlandiyanın NATO-ya üzvlüyünü ratifikasiya edib

Macarıstan parlamenti Finlandiyanın NATO-ya üzvlüyünü ratifikasiya etməyə səs verib. Bu  barədə Macarıstan Milli Assambleyasının saytında məlumat yerləşdirilib.

Finlandiyanın NATO-ya qəbulunu 117 deputat dəstəkləyib, 40 deputat əleyhinə, 18 deputat isə bitərəf qalıb.

Bundan əvvəl hakim "Fidesz" fraksiyasının rəhbəri Mate Koçiş bildirmişdi ki, Macarıstan parlamenti Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı martın 27-də səsvermə keçirəcək, İsveçin üzvlüklə bağlı qərar isə daha sonra veriləcək.


Macarıstanın baş naziri Viktor Orban bir qədər əvvəl bildirib ki, Macarıstan hökuməti Finlandiya və İsveçin NATO-ya qoşulmasını dəstəkləyir, lakin Macarıstan parlamentariləri bunu ratifikasiya etməyə həvəsli deyillər, çünki bu ölkələrin hakimiyyət orqanları Macarıstan haqqında "xoşagəlməz yalanlar” yayırlar. 
 
Gülnar

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM