Macarıstan millisinin sabiq üzvü "Neftçi"də?

22:19 | 26.07.2020

Bu yay heyətinə 4 legioner qatan "Neftçi" daha bir əcnəbi futbolçunu transfer edə bilər.


Fanat.Az xəbər verir ki, paytaxt klubu macar futbolçu Soma Novotnı ilə maraqlanır. Məlumata görə, hazırda tərəflər arasında danışıqlar gedir.


Qeyd edək ki, Soma Novotnı karyerasına Macarıstanın "Veşprem" klubunda başlayıb (2009-2012). 2012-ci ildə "Napoli"yə transfer olunan forvard 2016-cı ilədək İtaliyanın "Paqanese", "Mantova", "Südtirol" və Macarıstanın "Diosqyor" klublarına icarəyə verilib. 2016-cı ildə Belçikanın "Sent-Trüden" klubuna keçən futbolçu 2016/17 mövsümünü yenidən icarə əsasında "Diosqyor"da keçirib. Soma Novotnı 2017-2019-cü illərdə Macarıstanın "Uypeşt", 2019-cu ildə Cənubi Koreyanın "Buşan" klublarında oynayıb. 2020-ci ildə yenidən "Uypeşt"ə qayıdıb.


26 yaşlı forvard 2018-ci ildən "Neftçi"yə tanışdı. Futbolçu həmin vaxt "Uypeşt"in heyətində Avropa Liqasının I təsnifat mərhələsində "ağ-qaralar"a qarşı forma geyinib. O, Bakıda və Budapeştdə keçirilən hər iki oyunda (3:1, 0:3) 90 dəqiqə oynayıb. 


Soma Novotnı Macarıstanın U-17,U-18, U-19 və U-21 yığmalarında forma geyinib.


www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM

Xəbər lenti