Macarıstan da Qarabağda məktəb tikəcək

14:19 | 25.04.2024
Macarıstan da Qarabağda məktəb tikəcək

Macarıstan da Qarabağda məktəb tikəcək

Macarıstan Qarabağın Soltanlı kəndində 500 şagirdin təhsil ala biləcəyi məktəb tikəcək. Bunu Təqib olunan Xristianlara Yardım və Macarıstana Yardım Proqramının dövlət katibi Tristan Azbej deyib. 
 
"Qarabağın ərazilərin yenidən qurulmasında maraqlıyıq. Biz Soltanlı qəsəbəsininin yenidən qurulması işlərinə cəlb olunmaq üçün dəvət almışıq. Hazırda tikinti şirkəti tərəfindən konseptual plan hazırlanıb və hər iki ölkə arasında nəzərdən keçirilib. Burada 500 şagirdin təhsil alması nəzərdə tutulur. Məktəb tam müasir formada dizayn olunacaq. İdman zalı ilə təmin ediləcək. Razılıq işləri bu ilin noyabrında tamamlanacaq. Məktəbin tikinti işlərinin 2025-ci ildə bitməsi nəzərdə tutulur. Bu Azərbaycan memarlığı üslubunda dizayn ediləcək", - Tristan aprelin2 5-də Bakıda keçirilən Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası zamanı bildirib. 
 
Bundan əvvəl Qırğızıstan Ağdamın Xıdırlı kəndində orta məktəb tikəcəyini açıqlayıb.  
 
Həmçinin Özbəkistan tərəfindən də Füzulidə məktəbin inşa edilməsi nəzərdə tutulur. 
 
Hazırda Elm və Təhsil Nazirliyi tərəfindən Qarabağda məktəblərin tikilməsi prosesi davam edir. Məktəblərdə bərabər işğaldan azad olunmuş ərazilərdə 8 peşə məktəbinin tikilməsi də gözlənilir. 
 
İşğaldan azad olunmuş ərazidə hələlik bir universitet Xankəndində fəaliyyət göstərəcək. Qarabağ Univrsitetinin yaxın gələcəkdə açılması nəzərdə tutulur. 
Aygün Mirakif
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM