Macarıstan "Şahdəniz" layihəsində təmsil olunacaq

15:39 | 05.06.2024
Macarıstan

Macarıstan "Şahdəniz" layihəsində təmsil olunacaq

Macarıstanın MOL şirkəti Şahdəniz qaz yatağının işlənməsi layihəsində pay almaq istəyir. Bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.

"Macarıstan üçün çox mühüm saziş olacaq və biz özümüz qazın bir hissəsinin sahibi olacağıq və bu, bizim enerji təhlükəsizliyimizə təminat verir”, -  o qeyd edib.

Nazir bildirib ki, hazırda ölkələr arasında enerji sahəsində əməkdaşlıq yeni, daha yüksək səviyyəyə qədəm qoyur.

Siyarto bildirib ki, MOL həmçinin SOCAR ilə Avropaya maye qazın tədarükünə dair çərçivə sazişi imzalayıb.

N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM