Avropa Birliyinə sədrlik edən Macarıstanın səfiri İranın bir sıra fiziki və hüquqi şəxslərinə qarşı Aİ-nin yeni sanksiyalarına etiraz etmək üçün İran Xarici İşlər Nazirliyinə çağırılıb.Bu barədə "Mehr” agentliyi məlumat yayıb.
Qeyd edək ki, oktyabrın 14-də Aİ İranın 3 aviaşirkətinə, o cümlədən İranın milli aviadaşıyıcısına, 4 sənaye və nəqliyyat şirkətinə, həmçinin müdafiə nazirinin müavini Qələndəri də daxil olmaqla 7 mülki məmura, iş adamlarına və hərbçilərə qarşı sanksiya tətbiq edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !