Putinlə Orban görüşüb - Video - Yenilənib

18:43 | 05.07.2024
Putinlə Orban görüşüb - Video - Yenilənib

Putinlə Orban görüşüb - Video - Yenilənib

Macarıstanın baş naziri Viktor Orbanla Rusiya prezidenti Vladimir Putin arasında görüş keçirilib.Bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

O bildirib ki, Vladimir Putin və Viktor Orban arasında Moskvada aparılan danışıqlar iki saat yarımdan çox davam edib.

 
 
 15:43

Macarıstanın baş naziri Viktor Orban Rusiyaya səfər edib. Bu barədə Rusiya mətbuatı yazıb. 
 
Viktor Orbanın Rusiya prezidenti Vladimir Putinlə görüşü planlaşdırılır.

Macarıstan iyulun 1-dən altı ay müddətinə Aİ Şurasına sədrlik edəcək.

DW-nin rus xidməti yazır ki , Brüssel Macarıstanın baş naziri Viktor Orbanın Moskvaya səfər etmək planlarından narahatdır.

Avropa Şurasının rəhbəri Çarlz Mişel X-də yazır ki, "Rotasiya prinsipi əsasında Aİ Şurasına sədrlik etmək Aİ adından Rusiya ilə dialoq aparmaq səlahiyyəti vermir”.

Mişel xatırladıb ki, Aİ Nazirlər Şurasının Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı dəqiq mövqeyi var. "Rusiya təcavüzkar, Ukrayna qurbandır”, - o yazıb.

Öz növbəsində Polşanın Baş naziri Donald Tusk X-də yazıb: "Moskvaya səfərinizlə bağlı xəbərlər doğru ola bilməz, baş nazir Viktor Orba. Yoxsa bu doğrudur?"

Aİ diplomatiyasının rəhbəri Josep Borrell Brüsseldə dərc olunan bəyanatında bildirib ki, Avropa İttifaqı Rusiya prezidenti Vladimir Putinlə rəsmi təmasları istisna edir, buna görə də Aİ Şurasına sədrlik edən Macarıstanın baş naziri Viktor Orbanın Aİ-ni təmsil etmək hüququ yoxdur.
 
Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM