MOL Azərbaycanın enerji sektoruna $2 milyard investisiya qoyub. Bunu MOL Azərbaycandakı nümayəndəliyinin icraçı direktoru Atilla Somfai deyib.
"Bizim Azərbaycanda, əsasən də energetika sahəsində uzunmüddətli perspektivlimiz var. Azər-Çıraq-Günəşli yataqlarının istismarı sahəsində dünya səviyyəsində tövhə vermək istəyirik. Hədəflərimiz Azərbaycanda biznesi genişləndirməkdir. Buna görə SOCAR-la birlikdə mümkün imkanları araşdırırıq. Bizim neft məhsullarının, xüsusilə sürtgü yağlarının istehsalı əməkdaşlığımız mümkündür" , - o aprelin 25-də Bakıda keçirilən Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclasında deyib.
MOL Group Mərkəzi və Şərqi Avropanın baş ofisi Budapeştdə yerləşən aparıcı inteqrasiya olunmuş neft və qaz korporasiyalarından biridir. Şirkət 30-dan çox ölkədə fəaliyyət göstərir. MOL-un kəşfiyyat və hasilat sahəsində 80 illik təcrübəsi var.
Aygün Mirakif
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !