Macarıstanın Parisdəki səfirliyində axtarış aparılır

19:40 | 14.12.2024
Macarıstanın Parisdəki səfirliyində axtarış aparılır

Macarıstanın Parisdəki səfirliyində axtarış aparılır


Macarıstanın Fransadakı səfirliyi elektron poçt vasitəsilə bomba təhdidi alıb.Bu barədə Macarıstan baş nazirinin sözçüsü Zoltan Kovacs "X” platformasındakı paylaşımında bildirib.

Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyarto bildirib ki, diplomatlara elektron poçtla göndərilmiş xəbərdarlıqda kustar üsulla hazırlanmış partlayıcıların fotosu var, amma hələlik bu partlayıcılar tapılmayıb.

İlkin məlumatlara əsasən, xəbərdarlıq məktubu qonşu ölkələrlə əlaqəli bir ünvandan göndərilib.Hazırda səfirlik binasında axtarışlar davam edir.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM