Macarıstanın Erməni Milli Özünüidaretmə adlı təşkilat ölkə parlamentindəki təmsilçisi Tamaş Turdyanı deputat mandatından imtina etməyə çağırıb.
Azərbaycanın Macarıstandakı səfirliyindən APA-ya verilən məlumata görə, təşkilatın yaydığı xüsusi bəyanatda bildirilir ki, T. Turdyan Macarıstan parlamentinə namizədlərin irəli sürülməsi və seçkilər zamanı milli mənsubiyyəti məsələsində erməni icmasını aldadıb, habelə Macarıstan ermənilərinin maraqlarını təmsil edəcəyinə dair vədlərini yerinə yetirməyib.
Qeyd olunub ki, T. Turdyan icmanın köməyi ilə deputat mandatını əldə etsə də, işə başlayan andan fəaliyyətini Macarıstanın Erməni Milli Özünüidaretmə təşkilatı ilə razılaşdırmır və erməniləri parlamentdə layiqincə təmsil etmir. Bu üzdən də sözügedən qurum T. Turdyana ultimatum irəli sürüb. Belə ki, T. Turdyan deputat mandatından imtina etməsə, Macarıstanın Erməni Milli Özünüidaretmə təşkilatı onun boykot edilməsi, habelə etirazını bildirmək üçün bütün legitim imkanlardan istifadə edəcək.

ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !