Amerikalı müğənni Madonna "Billboard” jurnalının versiyasına görə "İlin qadını” seçilib.
ANN.Az Qafqazinfo-ya istinadla xəbər verir ki, bu barədə "Billboard” nəşrinin saytında məlumat yayılıb. Mükafatlandırma tədbiri Nyu-Yorkda keçirilib.
Madonna əldə etdiyi uğurları özünə inam sayəsində qazandığını da bildirib.
Qeyd edək ki, ötən illərdə Ledi Qaqa, Beyons, Ferci və Keti Perri kimi məşhur ifaçılar "Billboard” jurnalı tərəfindən "İlin qadını” adına layiq görülmüşdü.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !