Maduro: Neftin qiyməti haqda düşünməkdən utanmalıyıq”

11:49 | 01.10.2015
Maduro: Neftin qiyməti haqda düşünməkdən utanmalıyıq”

Maduro: Neftin qiyməti haqda düşünməkdən utanmalıyıq”

Venesuela prezidenti Nikolas Maduro neftin bir bareli üçün orientir qiymətinin 70 dollar olacağını hesab edir, El Pais bildirib.

"Neftin qiymətinin yenidən 100 dollar olacağı və bizə idxal üçün imkan yaradacağı barədə düşünmək yetər, əgər yenidən belə düşünməyə başlasaq utanmalıyıq”, - o deyib.

Maduro ölkə vətəndaşlarını qida məhsullarının və digər malların istehsalını artırmağa və Venesuelanın hər şey istehsal etməyə qadir olduğuna inanmağa çağırıb.   

Daha öncə Venesuela prezidentinin neftin qiymətinin sabitləşdirilməsi üçün OPEK sammiti keçirmək istədiyi bildirilmişdi.  

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM