Mafiya başçısının inanılmaz lüks həyatı - FOTOLAR

15:20 | 19.12.2014
Mafiya başçısının inanılmaz lüks həyatı - FOTOLAR

Mafiya başçısının inanılmaz lüks həyatı - FOTOLAR

Keçən həftə Meksikanın ən böyük narkokartellərindən biri olan "Sinaloa"nın lideri Joze Rodriqo Arexiqa Qamboa Hollandiyada həbs olunub.

ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, onun ifşa olunmasında "İnstagram" və "Twitter" kimi şəbəkələrdə paylaşdığı fotoşəkillərin böyük təsiri olduğu ortaya çıxıb.

Qamboa tez-tez lüks həyatından şəkillər paylaşırmış. ABŞ-lı səlahiyyətlilər də bu fotoşəkillər üzərindən mafiya liderinin izini tapıb. O, çərşənbə axşamı günü paytaxt Amsterdamdakı "Schiphol" hava limanında saxta adla ölkəyə daxil olmaq istəyərkən saxlanılıb. Daha sonra onun evinə polis basqını təşkil olunub. Evdə olanlar isə onları şoka salıb. Xeyli pul və narkotiklə yanaşı evdən qızıl "Kalaşnikov" avtomatı da tapılıb. Hətta evin bir hissəsinin mağara dizaynlı olması diqqət çəkib.

ANN.Az

























0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM