Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Qəbul olunanlardan 5996 nəfər dövlət sifarişi, 7488 nəfər isə ödənişli əsaslarla təhsil alacaq. 9694 nəfər ali təhsil müəssisələrinin cari, 3790 nəfər isə əvvəlki illərin məzunudur.
Nəticələrə əsasən, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ayrılmış 15922 plan yerinin 84.69%-i dolub.
Magistraturaya qəbul 71 proqram üzrə aparılıb və proqramlar üzrə müsabiqə vəziyyəti müxtəlif olub. Proqramlar üzrə ayrılmış plan yerlərinin dolma göstəriciləri fərqlidir. Misal üçün, fövqəladə hallar, hava nəqliyyatı, balıqçılıq, bədən tərbiyəsi, kosmik texnika və texnologiyalar mühəndisliyi, optotexnika, yanğın təhlükəsizliyi və aktyor sənətinə uyğun olan 24, 25, 52, 54, 60, 62, 71, 74 saylı proqramlara ayrılmış plan yerləri tam (100%) dolub. Ancaq nəzərə almaq lazımdır ki, bu proqramların bəziləri üzrə plan yerlərinin sayı az idi və onların tam dolacağı əvvəlcədən gözlənilirdi.
Ən aşağı müsabiqə vəziyyətinin formalaşdığı dəmiryol nəqliyyatı, dinşünaslıq, pirotexniki vasitələrin texnologiyası, çoxişlənən malların texnologiyası sahələrinə aid 8, 51, 63, 72 saylı proqramlara ayrılmış plan yerlərinin 70% və ya daha çoxu boş qalmışdır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !