• $
  • €
  • ₽
  • ₺
  • £

Magistraturaya qəbul imtahanında ediləcək yeniliklərin detalları açıqlanıb

Magistraturaya qəbul imtahanında ediləcək yeniliklərin detalları açıqlanıb
23.09.2023 14:36

2024-cü ildə magistraturaya qəbul imtahanında əvvəlki illərdə olduğu kimi, bakalavrlara qapalı və açıq tipli olmaqla məntiqi təfəkkürün yoxlanılması üzrə 50, informatika üzrə 25 test tapşırığı təqdim olunacaq.

Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Növbəti ildən etibarən magistraturaya qəbul imtahanında iştirak etmək istəyən bakalavrlar xarici dil imtahanında çoxpilləli təhsil sistemi çərçivəsində mənimsədikləri bilik və bacarıqları, söz ehtiyatı, praktik qrammatikanın əsaslarını nitq fəaliyyətinin növləri üzrə (danışıq bacarığı istisna olmaqla) kompleks şəkildə, yəni dinləyib-anlama, oxuyub-anlama və ilk dəfə olaraq yazı bacarıqları əhatə olunmaqla nümayiş etdirməlidirlər.

Magistraturaya qəbul imtahanlarında 2024-cü ildən etibarən yazı bacarıqlarının yoxlanılacağı ilə bağlı məlumat hələ 2021-ci ilin sonlarında nəşr olunan "Magistr” 1 jurnalında, həmçinin sonrakı nəşrlərdə verilib.

Beləliklə, 2024-cü ildə magistraturaya qəbul imtahanında xarici dil üzrə bakalavrlara:
- dinləyib-anlama bacarığını yoxlamaq üçün bir dinləmə mətni (monoloq və ya dialoq) üzrə 5 tapşırıq;
- oxuyub-anlama bacarığını yoxlamaq üçün iki oxu mətni üzrə cəmi 10 tapşırıq;
- dil biliyini yoxlamaq üçün isə 5 test tapşırığı təqdim olunacaq.
- yazı bacarıqlarını yoxlamaq üçün esse tipli yazı tapşırığı da imtahan modelinə əlavə olunur.

Oxuyub-anlama blokunda iki oxu mətninin hər biri üzrə 3 qapalı tapşırıq, dörd mülahizədən ibarət olan və onların doğru və ya yanlış olmasını müəyyən etmək tələb olunan 1 tapşırıq və 1 açıq tipli tapşırıq olmaqla, ümumilikdə 5 test tapşırığı təqdim olunur. Verilmiş fikrin doğru və ya yanlış olmasını müəyyənləşdirməyi tələb edən test tapşırıqları dünya təcrübəsində geniş istifadə olunur. Magistraturaya qəbul imtahanında bu tip test tapşırıqlarında bakalavrın mülahizələrə dair verdiyi bütün cavablar doğru olduğu hal 1 (tam) balla, 3 mülahizəyə dair verdiyi cavab doğru olduğu hal 0.5 (yarım) balla, iki və daha az mülahizəyə dair verdiyi cavab doğru olduğu hal 0 (sıfır) balla qiymətləndirilir.

Oxuyub-anlama mətnləri üzrə digər test tapşırıqları, dinləyib-anlama və dil biliyinin yoxlanılması üçün nəzərdə tutulmuş test tapşırıqlarının hər biri 1 (bir) balla qiymətləndirilir.

Esse tipli yazı tapşırığının (150 – 200 söz həcmində) ümumilikdə 5 balla qiymətləndirilməsi nəzərdə tutulur.
Nəticədə dil bloku üzrə bakalavrlar maksimum 25 balla qiymətləndirilirlər.
Dil blokunda olunan dəyişiklikləri nəzərə alaraq, magistraturaya qəbul imtahanının müddətininin 30 dəqiqə artırılması da nəzərdə tutulur.
Magistratura səviyyəsinə qəbul imtahanında bakalavrlar təqdim edilən iki esse mövzusundan birini seçməklə həmin mövzu ətrafında fikirlərini ifadə edəcəklər. Bakalavrların yazı işlərinin qiymətləndirilməsi A, B, C və D meyarlarına əsasən yoxlanılır.
 
Burada:
A meyarı essenin mövzuya uyğunluğu, həcmi, tərkib hissələrinin (giriş, əsas hissə və nəticənin mövcudluğu və onlar arasında əlaqə (bütövlük və tamlıq), essenin publisistik üslubda olması, üslubun neytrallığı və müəllifin dəsti-xəttinin olmasını;
B meyarı mövzunun əhatə olunma səviyyəsi, fikirlərin məntiqli və inandırıcı şərhi və ya təkzibi, sübutedici mənbələrdən istifadə etməklə əsaslandırılmasını;
C meyarı müxtəlif birləşdirici vasitələrdən istifadə etməklə məntiqi rabitənin gözlənilməsi, fərqli strukturlu cümlələrdən istifadə, yol verilmiş səhvlərin (qrammatik, orfoqrafik, durğu işarələri) sayını;
D meyarı isə söz ehtiyatının zənginliyi, müxtəlif leksik vahidlərdən istifadəni və yol verilmiş səhvlərin (leksik) sayını əhatə edir.
Hər bir ekspert qiymətləndirmə zamanı yuxarıda qeyd olunmuş meyarların detallı təsvirinə istinad edir.

Yerinə yetirilməmiş, yazı müəllifini tanıtmaq məqsədilə hər hansı işarə vurulmuş, bakalavrın özü və ya yaxınları, müəllimləri və s. barəsində məlumat yazılmış və ya təqdim olunan mövzulardan biri əvəzinə, hər hansı digər mövzuda və ya seçilmiş xarici dil əvəzinə digər dildə yazılmış, həmçinin oxunulması mümkün olmayan yazı işləri "0” balla qiymətləndirilir.

A meyarı "0” balla qiymətləndirilirsə, növbəti meyar üzrə qiymətləndirmə aparılmır və yekun qiymət kimi "0” bal yazılır.
"Magistr” jurnalının 2-ci sayında yeni imtahan modeli əsasında tərtib olunmuş tapşırıqlar bakalavrlara təqdim olunacaqdır.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının iki rayonunda bir neçə küçədə hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 00:03
Bakının iki rayonunda bir neçə küçədə hərəkət məhdudlaşdırılacaq
Hacıqabulda gəlin və qaynana dəm qazından zəhərlənib
Cəmiyyət 23:52
Hacıqabulda gəlin və qaynana dəm qazından zəhərlənib
Polis vətəndaşlara qarşı əxlaqsız hərəkətlər edən şəxsi saxlayıb
Cəmiyyət 23:10
Polis vətəndaşlara qarşı əxlaqsız hərəkətlər edən şəxsi saxlayıb
Bakıda qəza Heydər Əliyev prospektində sıxlığa səbəb olub
Cəmiyyət 19:01
Bakıda qəza Heydər Əliyev prospektində sıxlığa səbəb olub
Yağış yağacaq, leysan olacaq, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 18:29
Yağış yağacaq, leysan olacaq, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 17:26
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Magistral yollarda görünüş məsafəsi azalacaq
Cəmiyyət 16:17
Magistral yollarda görünüş məsafəsi azalacaq
Sabahkı hava meteohəssas insanlarda narahatlıq hissi yarada bilər
Cəmiyyət 15:37
Sabahkı hava meteohəssas insanlarda narahatlıq hissi yarada bilər
Bərdədə 4 otaqlı ev yanıb
Cəmiyyət 15:10
Bərdədə 4 otaqlı ev yanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol