Magistraturaya sınaq imtahanı keçiriləcək

11:12 | 26.01.2023
Magistraturaya sınaq imtahanı keçiriləcək

Magistraturaya sınaq imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi(DİM) tərəfindən 2023-cü il 29 yanvar tarixində ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçiriləcək.


DİM-dən verilən məlumata görə, imtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə 4 binada təşkil olunacaq. İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 566 nəfər qeydiyyatdan keçib.


İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanacaq və 3 saat davam edəcək. İmtahanda iştirak edəcək bakalavrların nəzərinə çatdırırıq ki, imtahan binasına buraxılış saat 10:45-də başa çatacaq.


İmtahanların idarə olunması üçün 8 imtahan rəhbəri və 56 zal nəzarətçisi ayrılıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM