Mahir Emreli Azərbaycan millisindən kənarlaşdırılıb

21:30 | 20.03.2023
Mahir Emreli Azərbaycan millisindən kənarlaşdırılıb

Mahir Emreli Azərbaycan millisindən kənarlaşdırılıb

Mahir Emreli futbol üzrə Azərbaycan millisindən kənarlaşdırılıb.

Bu barədə AFFA rəsmi saytı vasitəsilə məlumat yayıb.

Türkiyə Super Liqasında çıxış edən "Konyaspor” klubunun hücumçusu zədə səbəbindən yığmanın qarşıdakı oyunlarını buraxmalı olacaq. O, ölkə çempionatının XXVI turunda "Qalatasaray”la (2:1) matçda zədələnib.

Azərbaycan millisi martın 24-də Avstriya, 27-də isə İsveçə qarşı AVRO-2024-ün seçmə mərhələ oyununa çıxacaq. Hər iki qarşılaşma səfərdə baş tutacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM