Mahir Emreli "Milan"a qarşı da oynamayacaq

21:30 | 24.10.2022
Mahir Emreli

Mahir Emreli "Milan"a qarşı da oynamayacaq

Azərbaycan millisinin və Zaqreb "Dinamo"sunun futbolçusu Mahir Emreli Xorvatiyada İtaliya "Milan"ına qarşı keçiriləcək UEFA Çemionlar Liqasının qrup mərhələsinin V tur oyununu buraxacaq.

"Report" "Jutarnji" nəşrinə istinadən xəbər verir ki, bir neçə gün öncə səhhətində problem aşkarlanan 25 yaşlı hücumçu avrokubok matçında da iştirak etməyəcək.

Onunla yanaşı, enterovirusa yoluxan daha 4 oyunçu qarşıdakı görüşdə komandasına kömək edə bilməyəcək.

Emreli Xorvatiya çempionatınının XIV turunda "Hayduk"la səfər oyununda da analoji səbəbindən forma geyinməyib.

Oktyabrın 25-də keçiriləcək "Dinamo" - "Milan" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb