24 yaşlı hücumçunun sifarişi son gündə verilib.
Avrokuboklarda mübarizəni davam etdirən klublar fevralın 2-dən 3-nə keçən gecə Bakı vaxtı ilə saat 03:00-a qədər yeni oyunçularını sifariş edə bilər. Hər kluba iştirak ərizəsi üçün yalnız 3 yeni futbolçu sifariş etmək hüququ verilir.
Xorvatiya çempionu isə qışda Mahir Emrelidən başqa, Petar Boçkayı "Osiyek”dən, Mario Çujeni "Dnepr-1”dən (icarədən qayıdıb) heyətinə qatıb. Hər üç futbolçu sifariş olunub.
"Dinamo” Avroliqanın 1/16 finalında bu turnirin ən çox qalibi olan İspaniyanın "Sevilya” komandası ilə qarşılaşacaq. Onların arasında pley-off matçları fevralın 17-si və 24-də keçiriləcək. İlk matç Sevilyada, cavab oyunu isə Zaqrebdə baş tutacaq.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !