Azərbaycan milli komandasının və "Qarabağ” klubunun hücumçusu Mahir Mədətovun "Beşiktaş”a keçəcəyi ilə bağlı məlumatlar yayılıb.
Türkiyə klubunun Azərbaycan millisinin üzvü ilə yaxından maraqlandığı deyilir.
"Qarabağ” futbol klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov AzVision.az-a bildirib ki, bununla bağlı kluba rəsmi müraciət olunmayıb.
Klub rəsmisi vurğulayıb ki, onlar bu məlumatı mətbuatdan oxuyublar.
Qeyd edək ki, ötən ay "Beşiktaş"ın baş məşqçisi Şenol Günəş "Qarabağ" - "Çelsi" matçını izləmək üçün Bakıya gəlmişdi.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !