Mahir Mədətov qapıçının burnunu sındırdı - VİDEO

09:19 | 19.04.2019
Mahir Mədətov qapıçının burnunu sındırdı - VİDEO

Mahir Mədətov qapıçının burnunu sındırdı - VİDEO

Azərbaycan Premyer Liqasının XXV turunda "Qarabağ”la oyunda "Keşlə”nin qapıçı Şahin Zəkiyevin burnu sınıb.

Oxu.Az xəbər verir ki, o, 17-ci dəqiqədə buraxılan ilk qol zamanı zədələnib. 

"Qarabağ”ın hücumçusu Mahir Mədətovun dizi 19 yaşlı Şahin Zəkiyevin burnuna tuş gəlib. O, 23-cü dəqiqədə Davud Kərimi ilə əvəzlənib. Gənc qapıçı xəstəxanaya çatdırılıb.

Onun burnunda və almacıq sümüyündə sınıq var.

Qeyd edək ki, sözügedən oyunda "Qarabağ” "Keşlə”nini 3:0 hesabı ilə məğlub edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb