Mahmud Abbas: "Qüdssüz sülh ola bilməz"

18:00 | 05.01.2015
Mahmud Abbas:

Mahmud Abbas: "Qüdssüz sülh ola bilməz"

Fələstin Dövlət Başçısı Mahmud Abbas keçən həftə BMT Təhlükəsizlik Şurasında rədd edilən müstəqil Fələstin dövlətinin qurulmasının nəzərdə tutan layihəni yenidən təqdim etməyi düşündüklərini deyib.

ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, Mahmud Abbas "İsrail işğalına son qoyulması üçün hazırlanan layihənin yenidən BMT Təhlükəsizlik Şurasına təqdim edilməsi üçün İordaniya ilə müzakirələr aparılır. Bu bəlkə bir həftə, yaxud da bir ay sonra ola bilər. Haqqımızı alana qədər bezmədən, usanmadan çalışacağıq", deyə məsələ ilə bağlı danışıb.

Fələstin rəhbərliyinin 1967-ci ilki sərhədlərində paytaxtı Şərqi Qüds olan Fələstin dövləti qurulana qədər siyasi və diplomatik mübarizəsini davam etdirəcəyini bildirən Abbas "BMT-nin layihənin qəbulunda müvəffəqiyyətsiz olmasının ardından 20 beynəlxalq anlaşmaya tərəf olmaq üçün imza atdıq. Bu say daha sonra 150, yaxud da 300 ola bilər. Necə ki 500 razılaşmaya tərəf olma haqqımız var. Xalqımızı bundan məhrum etməyəcəyik. Bölgədə işğalçılar dayanmadan yəhudiləşdirmə fəaliyyətləri icra edir və ərəbləri çıxarmaq üçün çalışır. Qüdssüz təhlükəsizlik, sabitlik və sülh ola bilməz", söyləyib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM