Yaxın günlərdə Gəncədəki “Nizami” kinoteatrında xalq yazıçısı Elçinin “Mahmud və Məryəm” əsəri əsasında çəkilmiş eyniadlı filmin təqdimatı keçiriləcəkdir.Bu barədə məlumat verən kinoteatrın direktoru Aydın Məmmədov AzərTAc-a demişdir ki, Mehmet Ada Öztekinin rejissorluğu ilə çəkilmiş və iki gəncin uğursuz sevgisindən bəhs edən bu film haqqında Gəncə tamaşaçılarının az-çox məlumatları olsa da, onlar bir neçə dəfə müraciət edərək bu ekran əsərinə kinoteatrda baxmaq arzusunda olduqlarını bildirmişlər. Onların arzusunu nəzərə alaraq yaxın günlərdə “Mahmud və Məryəm” filminin təqdimatının keçirilməsi qərara alınmışdır.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !