Mahmudovun vəkilindən Aşurovlarla qohumluq barədə AÇIQLAMA

15:34 | 03.06.2020
Mahmudovun vəkilindən Aşurovlarla qohumluq barədə AÇIQLAMA

Mahmudovun vəkilindən Aşurovlarla qohumluq barədə AÇIQLAMA

Sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun ailəsinin milyonçu Aslan Aşurovla qohumluq əlaqələrinə aydınlıq gətirilib.

Son günlər gündəmə gəlmiş məsələ ilə bağlı ailə üzvlərinin vəkili Cavid Rzazadə ilə telefon əlaqəsi yaradaraq məsələyə aydınlıq gətirməyə çalışdıq.

Yeniavaz.com xəbər verir ki, vəkil C. Rzazadə məsələ ilə bağlı "Qafqazinfo"ya ailənin Aslan Aşurovla qohumluq əlaqələrini təsdiqləyib:

"Bəli, sabiq nazirin övladları milyonçu Hacı Aslan Aşurovun nəvəsinin nəvələridir. Bu qohumluq dolayı yolla deyil, birbaşa Aslan Aşurova bağlıdır. Anar müəllim, Xuraman xanım və Nərgiz xanımın anası Tahirə Mahmudovanın atası Azər Məlikov Aslan Aşurovun nəvəsidir. Yəni, Anar müəllim, Xuraman xanım və Nərgiz xanım milyonçu Aslan Aşurovun kötücələridir. Aşurovlar nəsli haqqında dərc olunmuş kitabda da Azər Məlikov haqda qeydlər var”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb