Mais Qurbanov xəstəxanadan çıxdı - VİDEO

14:36 | 14.11.2013
Mais Qurbanov xəstəxanadan çıxdı - VİDEO

Mais Qurbanov xəstəxanadan çıxdı - VİDEO

Rus milliyətçilərin silahlı hücumuna məruz qalan həmyerlimiz Mais Qurbanovun vəziyyəti qənaətbəxşdir. 

ANS TV-nin məlumatına görə, aldığı güllə yarasından sonra əməliyyat edilən M.Qurbanov bir neçə saat öncə qaldığı xəstəxanadan evə buraxılıb. O, ilk olaraq xəstəxanaya çatdırılmasında kömək edən kafeyə yollanıb. 

Rusiya Miqrantlar Federasiyası başçısının köməkçisi polis şöbəsində ona hücum edən qız və oğlanlarla görüşüb. "Bizə aramızda danışmağa icazə vermədilər. Ancaq mənə atəş açan qız dedi ki, o anda sərxoş olub. Daxili İşlər Nazirliyinə belə operativ işlədiyi üçün çox minnətdaram. Özümü də yaxşı hiss edirəm. Bəxtim gətirib ki, güllə ürəyimə bir neçə santimetr qalmış sümüyə ilişib. Yoxsa ölə bilərdim”. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM