Makedoniya NATO-ya üzv oldu

21:50 | 27.03.2020
Makedoniya NATO-ya üzv oldu

Makedoniya NATO-ya üzv oldu

Şimali Makedoniya Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) qoşulan 30-cu ölkə oldu, bayrağı martın 30-da Alyansın Brüsseldəki mənzil qərargahının qarşısında qaldırılacaq.

Anews.az Report-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Maykl Pompeo tərəfindən yayılmış yazılı açıqlamada deyilir.

"27 Mart 2020-ci ildə ABŞ müqavilənin depozitarisi olaraq Şimali Makedoniya Respublikasının Şimali Atlantika Müqaviləsinə qoşulmasına dair sənəd alıb. Bu sənəd Şimali Makedoniyanı NATO-nun 30-cu müttəfiqi edib. Martın 30-da Şimali Makedoniya bayrağı NATO qərargahının qarşısında qaldırılacaq” - deyə, məlumatda qeyd olunub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM