Makedoniya polisi Yunanıstandan ölkəyə keçmək istəyən minlərlə miqrantı qovmaq üçün gözyaşardıcı qaz və səs qumbaralarından istifadə edib.
Minlərlə miqrant gecəni Makedoniya-Yunanıstan sərhəddində keçirib.
Bu zona Makedoniyanın Qevqeliya şəhərinin yaxınlığında yerləşir. Makedoniya hökuməti sərhəd bölgəsində fövqəladə vəziyyət rejimi tətbiq edib, bölgəyə əsgər yeridib.
Miqrantların əksəriyyəti Suriya, Əfqanıstan və Şimali Afrika ölkələrindədndir.
Onlar bu yolla digər Avropa Birliyi ölkələrinə keçmək istəyirlər.
Məlumatlara görə miqrantlar bir neçə dəfə polisə hücum etməyə cəhd göstərib.İnsident zamanı 4 nəfərin yaralandığı bildirilir.
Makedoniya Avropa Birliyi ölkələrinə keçmək istəyən miqrantlar üçün əsas tranzit ölkələrdən biridir. /Azadliq.org
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !