Makedoniyalı İskəndəri öldürən bitki

22:00 | 13.01.2014
Makedoniyalı İskəndəri öldürən bitki

Makedoniyalı İskəndəri öldürən bitki

Fars imperiyasının güclü ordularını məğlub edən Makedoniya kralı və tarixin ən böyük komandirlərindən biri olan Böyük İskəndərin bitkiylə zəhərlədiyi iddia edilib.Yeni Zelandiyanın Otago Universitetinin araşdırmaçılarından Leo Sçep Fars imperiyasının güclü ordularını məğlub edərək adını tarixə qızıl hərflərlə yazdıran Böyük İskəndərin e.ə 323-cü ildə 32 yaşında “veratrum album” adlı bitkidən zəhərləndiyini bildirib.Sçep, “Bu maddələr insanı çox sürətlə öldürür, lakin İskəndər 12 gün can çəkişib. Həmçinin danışıq və gəzmək qabiliyyətini itirib”.Sçep zərərsiz veratrum album bitkisinin mayalanan zaman ölümcül hala gəldiyini deyərək, İskəndərin şərabına bu bitkidən qarışdırıldığını, acı tamı gizlətmək üçün də şirin maddədən istifadə edildiyini deyib.//Publika.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM