Makron aktiv telegram istifadəçisidir - Politico

12:05 | 27.08.2024
Makron aktiv telegram istifadəçisidir - Politico

Makron aktiv telegram istifadəçisidir - Politico

Fransa prezidenti Emmanuel Makron telegram sosial şəbəkəsindən aktiv istifadə edir. Bu barədə Politico nəşrinə Fransanın keçmiş deputatlarından biri deyib. 
 
Əlaqələrində Makronun nömrəsi olan eks-deputat messencerdə nəşrin müəlliflərinə onunla yazışmaları göstərib.

Nəşrin məlumatına görə, Makron ilk prezidentlik kampaniyası başlayandan Telegram istifadəçisidir. Həmçinin Fransa hökumətinin üzvləri və müxtəlif rütbəli və partiyalı siyasətçilər messencerdən fəal şəkildə istifadə etməkdə davam edirlər.

Bir gün əvvəl axşam Fransada saxlanılan Pavel Durovun həbs müddəti uzadılıb. Fransa mətbuatının məlumatına görə, sahibkar çərşənbə günü, avqustun 28-nə kimi həbsdə qalacaq.

Durov avqustun 24-də axşam Fransanın Le Burje hava limanında şəxsi təyyarədən enərkən saxlanılıb. İş adamı ölkəyə Azərbaycandan gəlib.

Fransa polisi Reuters agentliyinə bildirib ki, sahibkar Telegram-da kiber və maliyyə cinayətləri ilə bağlı əməkdaşlıqdan imtina etməkdə ittiham olunur.
 
Onlar əlavə ediblər ki, Durov kibercinayətkarlıq və fırıldaqçılıqla mübarizə üzrə milli departamentlər tərəfindən araşdırılır.

Durov 12 cinayət törətməkdə ittiham olunur. İş adamı çoxsaylı kibercinayətlərdə şübhəli bilinərək "adı açıqlanmayan şəxslə bağlı” istintaq çərçivəsində dindirilir.
 
 
Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM