Makron baş nazirin istefasını qəbul etməyib

16:08 | 08.07.2024
Makron baş nazirin istefasını qəbul etməyib

Makron baş nazirin istefasını qəbul etməyib

Fransanın baş naziri Qabriel Attal ölkə prezidentinin iqamətgahının yerləşdiyi Yelisey sarayına gəlib və istefa ərizəsini ölkə prezidentinə təqdim edib. Yelisey Sarayından BFM TV-yə verilən məlumata görə, dövlət başçısı Emmanuel Makron onun xahişini qəbul etməyib.

Prezident "ölkənin sabitliyini təmin etmək” üçün Attaldan "hələlik” vəzifəsində qalmasını istəyib.

Attal bir gün əvvəl, iyulun 7-də Milli Assambleyaya (Fransa Parlamenti) seçkilərin nəticələrindən sonra istefa vermək niyyətində olduğunu açıqlayıb. Onların nəticələrinə görə, Attalın üzvü olduğu Makron koalisiyası yalnız ikinci yeri tutub (parlamentdə 163 yer).

İkinci turun nəticələrinə görə, parlamentin buraxılmasından sonra yaradılmış solçu "Yeni Xalq Cəbhəsi” koalisiyası birinci yerdə (180 mandat), sağçılar üçüncü yerdə (parlamentdə 143 yer) qərarlaşıb. Milli Assambleyada ümumilikdə 577 yer var. Qalan 66 yerdən respublikaçılar və onların müttəfiqləri qalib gəlib.

Attal bu ilin yanvarında Elizabet Borne istefa verdikdən sonra baş nazir təyin edilib. Attal baş nazir olana qədər təhsil naziri olub.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM