Makron Durova Telegram qərargahını Parisə köçürməyi təklif edibmiş

09:58 | 28.08.2024
Makron Durova Telegram qərargahını Parisə köçürməyi təklif edibmiş

Makron Durova Telegram qərargahını Parisə köçürməyi təklif edibmiş

Hazırda Fransada həbsdə olan Telegramın yaradıcı Pavel Durova 2018-ci il Telegramın baş ofisinin Fransada yaradılması Makron tərəfindən təklif olunsa da yox cavabı alınıb. Bu barədə The Wall Street Journalı yazır.  
 
Bildirilir ki, iş adamı ilə siyasətçi arasında daha əvvəl geniş ictimaiyyətə məlumat verilməyən nahar zamanı baş tutub.

Nəşrin məlumatına görə, Durov öz şirkətinin baş ofisini Fransaya köçürməkdən imtina edib, lakin Fransa vətəndaşlığının ola biləcəyi ilə bağlı məsələ qaldırıb.
 
Telegramın hazırda baş ofisi Birləşmiş Ərəb Əmirliklərində yerləşir. 
 
Durov avqustun 24-də axşam Fransanın Le Burje hava limanında şəxsi təyyarədən enərkən saxlanılıb. Sahibkar ölkəyə  Azərbaycandan uçub. 


Fransa polisi Reuters agentliyinə bildirib ki, iş adamı Telegram-da kiber və maliyyə cinayətləri məsələlərində əməkdaşlıqdan imtina etməkdə ittiham olunur.
 
Onlar əlavə ediblər ki, Durov milli kibercinayətkarlıq və fırıldaqçılıqla mübarizə idarələri tərəfindən araşdırılır.

Gülnar 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür