Göygöl və Samux rayonlarında mal-qara oğurlanıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan a verilən məlumata görə, Göygöl və Samux Rayon Polis Şöbələrinin (RPŞ) birlikdə keçirdikləri əməliyyat-axtarış tədbirlər nəticəsində Göygöl rayon Yeni Zod kəndində yaşayan Səfiyəddin Vəliyevə məxsus ümumi dəyəri 1 000 manat olan, 2 baş iribuynuzlu heyvanı oğurlamaqda şübhəli bilinən, Samux rayon sakinləri- 33 yaşlı Elman Rüstəmov, 26 yaşlı Nemət Dərgahov, 30 yaşlı Tural Süleymanov və 28 yaşlı Elvin Məmmədov saxlanılıblar.
Davam etdirilən istintaq-əməliyyat tədbirləri zamanı müəyyən olub ki, Elvin Məmmədov və Tural Süleymanov cari ilin may ayının 12-də həmyerliləri 24 yaşlı Əli Mehdizadə və 34 yaşlı Tural Qədimov ilə birlikdə Samux rayon sakini olan M. Mehbalıyevaya qarşı soyğunçuluq cinayətini də törədiblər.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !