ANN.Az saytı xəbər verir ki, İsveçdə təşkil olunan "Dünya Uşaq Mükafatı"na layiq görülən 17 yaşlı Malala nitqi zamanı layiq görüldüyü mükafatın pul hədiyyəsinin Qəzadakı 65 məktəbin yenidən inşa edilməsi üçün istifadə olunmasını istədiyini dilə gətirib.Malala belə bir yardıma vasitəçilik etdiyi üçün qürur duyduğunu deyib: "Bu uşaqlar yüksək səviyyəli təhsil görməlidirlər ki, öz gələcəklərini inşa edə bilsinlər. Bunun üçün onlara həqiqətə çevriləcək ümidlər verilməlidir. Onlar bunu haqq edirlər. Hesab edirəm ki, bu məbləğ 65 məktəbin yenidən inşa edilməsinə yardımçı olacaq. Məsum fələstinli uşaqlar uzun müddətdir ki, acılar içərisindədirlər. Fələstinli uşaqların, eləcə də dünyanın digər bölgələrindəki uşaqların təhlükəsizlik şəraitində və yüksək səciyyəli təhsil almasını təmin etməliyik. Çünki təhsil olmadan, sülhə nail olmaq da mümkün deyil".ANN.Az