Malatyada kütləvi zəhərlənmə olub, 59 işçi xəstəxanaya yerləşdirilib

00:12 | 14.06.2024
Malatyada kütləvi zəhərlənmə olub, 59 işçi xəstəxanaya yerləşdirilib

Malatyada kütləvi zəhərlənmə olub, 59 işçi xəstəxanaya yerləşdirilib

Türkiyənin Malatya şəhərində kütləvi zəhərlənmə halı qeydə alınıb.Bununla bağlı "TRT haber” məlumat paylaşıb.

Bildirilib ki, mütəşəkkil sənaye zonasındakı fabrikdə çalışan işçilər yemək yedikdən sonra ürəkbulanma və başağrısı hiss ediblər.

Onlar Malatya Təhsil və Araşdırma Xəstəxanasına və Battalgazi Dövlət Xəstəxanasına yerləşdiriliblər.

Qidadan zəhərlənən 59 işçiyə tibbi yardım göstərilib.

Hazırda işçilərin vəziyyətinin qənaətbəxş olduğu qeyd olunub.

Onların nədən zəhərləndiyi araşdırılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM